Azərbaycan-Türkiyə münasibətləri 

XXl əsrin güclü və qüdrətli dövləti olan Azərbaycan gün keçmir ki, gücünə güc qatır, dünyada öz sözünü deyərək mövqeyini hər ötən gün dahada gücləndirir və bu yolda birgə addımladığı dost ölkə Türkiyə hər zaman yanındadır.
Bu il qardaş ölkə Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələrək Müstəqillik Günündə Azərbaycan xalqı ilə bərabər olması isə milli bayrama xüsusi dəyər qataraq, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bir daha nümayiş etdirdi. Bu səfər iki qardaş ölkə arasında siyasi və mənəvi dəstəyin növbəti bariz nümunəsi idi. Çünki tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında möhkəm təməllər üzərində qurulan Azərbaycan və Türkiyə münasibətləri ancaq yüksələn xətlə irəliyə doğru gedir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.
İnnovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən biri olan “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalının Türkiyədən kənarda ilk dəfə
məhz Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü oldu. Bu, eyni zamanda Azərbaycan və Türkiyənin gələcəyə birgə addımladığının mesajıdır. Festivalın Azərbaycanda keçirilməsi isə heç də təsadüfi deyildir, bu qardaş ölkə Türkiyənin Azərbaycana necə etimad etdiyinin bir nişanəsidir.
44 günlük Vətən müharibəsində öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktar və dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycana səfər edərək festivalda iştirak etmələri isə çox əlamətdar hadisə idi.
Milli texnologiyaların təbliği və inkişaf etdirilməsi üçün keçirilən festival nəinki həmvətənlərimiz eləcə də dünyanın bir çox ölkələrindən gələn turistlərdə böyük marağa səbəb oldu.
Festival çərçivəsində iki qardaş ölkənin hərbi pilotlarının birgə uçuşlar icra edərək hərbi təyyarəçilərin çətin pilotaj manevrlərlə uçuşları iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılandı.
Festivalda cənab prezident İlham Əliyevin çıxışı zamanı “Təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. ” ifadələri iki lider dövlət arasındaki bütün sahələr üzrə sıx əməkdaşlığın daha da dərinləşərək artdığını, saf, səmimi və doğma dostluq və qardaşlıq münasibətlərinin əbədi və sarsılmaz təməllər üzərinə qurulduğununu açıq və aşkar bir şəkildə göstərdi.
Tarixin ən çətin sınaqlarında daima bir-birinə öz dəstəkləyini verən, möhkəm və etibarlı Azərbaycan-Türkiyə Birliyi inkişaf edərək türk dünyasının həmrəyliyinə doğru genişlənir və daha da möhkəmlənir. Bu yöndən Türkiyə Cümhuriyyətinin bütün səviyyələrdə dönmədən göstərdiyi əsl qardaşlıq münasibəti türk dünyası üçün və ümumiyyətlə dünyada əsl dostluq, qardaşlıq və həmrəylik nümunəsi kimi də ibrətamiz və qiymətli bir örnəkdir. Azərbaycan-Türkiyə Birlik və Həmrəyliyi müasir dövrün qardaş ölkələr üzrə əsl nümunədir.Ulu öndər Heydər Əliyevin öz müdrik kəlamı ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq mesaj qoyduğu “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bir daha qürur hissi ilə deyə bilərik ki,
siyasi, iqtisadi, mənəvi mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb.

Aydan Qurbanova