Azərbaycana qarşı münasibətdə də eyni ədalətsiz mövqeyin şahidi oluruq

ABŞ Nümayəndələr palatasının spikeri N.Pelosinin Ermənistana səfəri əsasən erməni mənşəli kongresmenlərin təşəbbüsü ilə reallaşıb. N. Pelosi Ermənistana gələrgəlməz Azərbaycan əleyhinə verdiyi açıqlamada məlum oldu ki, xanım spiker tam erməni lobbisnin sifarişini reallaşdırır. Halbuki, Ermənistana gəlməklə sülh mesajı verməli idi. Görünür, noyabrda yaxınlaşan seçkilərdə erməni seçicilərinin və lobbinin pulundan istifadə etməklə, partiyasının maraqlarını dövlət siyasətinin maraqlarına satdı. 

Erməni lobbisi 100 ildən artıqdır ki, türk düşmənçiliyini davam etdirir. Və xanım Pelosinin Ermənistana səfəri erməni lobbisinə ayrı xidməti və regionda sülhə deyil, müharibəyə xidmət etdiyi aydın oldu. Ümumiyyətlə, ABŞ-ın dövlət sistemində bu ikibaşlı siyasət və lobbilərin idarəetmə sisteminə təsiri bir çox hallarda bu ölkənin ədalətsiz mövqe sərgiləməsinə gətirib çıxarır. 

Azərbaycana qarşı münasibətdə də eyni ədalətsiz mövqeyin şahidi oluruq. Burada itirən ABŞ köklü dövlət maraqlarıdır və Rusiyanın forpostu olan Ermənistanı bu ölkənin caynağından alması mümkün deyil. Ermənilər regionda daima düşmənçilik mövqeyi ortaya qoyublar və bunu davam etdirirlər. Həmçinin dünaynın super gücünü də öz ambissiyalarına alət ediblər. Ermənistanın bu siyasəti uğursuz olacaq və regionda ciddi böhrana gətirəcək. Əsas odur ki, Ermənistan məğlub ölkədir və 30 illik qalibiyyət eyforyası sabun köpüyüdür. 

Xanım Pelosinin səfəri və verdiyi açıqlmalarda məğlub Ermənistan üçün müvəqqəti bir təsəllidir və bunun heç bir siyasi perspketivi yoxdur. Bu gün Beynəlxalq birlik deyirsə döyüşlər demarkasiya olunmayan ərazilərdə gedir, Pelosi bunu isə, "təcavüz" kimi qiymətləndirirsə, artıq bu erməni lobbisinin dili ilə danışmaqdır. Təssüflər olsun ki, daxildə erməni lobbisinin siyasətinin aləti olan özlərini demokrat adalandıran halbuki milli satqınlar olan fəallarda erməni lobbisinin sifarişini yerinə yetirir. Onları biz daxildə zərərləşdirməliyik.

Milli Cəbhə Partiyası - MCP-nın sədr müavini,

Ehtiram Mehtiyev