Azərbaycanda daha 8 nəfər koronavirusa yoluxdu

Azərbaycanda bu gün koronavirus infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.