Azərbaycanın davamlı inkişafı naminə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Ağsu rayonunun Padarqışlaq və Muradlı kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Camaləddin Zeynalov, Tahir Xası, Elnur Fərzəlizadə, Allahverdi Qənbərov, Əmrulla Kərimov, İslam Bəhrəmov və Reyhanə Tacızadə çıxış ediblər. Qeyd olunub ki, qələbələr və zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyası bu şeçkilərə qalib xalqın qalib Lideri şüarı ilə gedir. Vurğulanıb ki, cənab İlham Əliyev dövlət başçısı olaraq xalqa verdiyi bütün vədlərə sadiq olub. Son 20 ildə Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirib. Bu müddətdə ölkəmizdə bütün sahələr üzrə böyük naliyyətlər əldə olunub. Cənab İlham Əliyev öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər 7 fevralda seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.