Azərbaycanın XİLASKARI

3 sentyabr 1991-ci il, müasir Azərbaycan dövlətçiliyinin ən önəmli günlərindən biri, tarixin dönüş nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan muxtar respublikasının Ali Məclisinin sədr seçilməsilə, bu günki güclü, müstəqil Azərbaycan dövlətinin əsası qoyulmuşdur.

Ali Məclisə sədrliyi dövründə üçrəngli bayrağımız, Azərbaycanda ilk dəfə rəsmi dövlət bayrağı olaraq tanınmış, SSRİ qoşunları Naxçıvandan çıxarılmış, Türkiyə ilə Azərbaycanı, ümumiyyətlə Türk dünyasını birləşdirən yeganə quru yolu, “Dostluq” körpüsü inşa edilmiş, 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü” , regionun ən böyük siyasi təşkilatı, Yeni Azərbaycan partiyası təsis olunmuşdur.

1993-cü ilin iyun ayında ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, vətəndaş müharibəsinin, separatçılığın qarşısını almış, Azərbaycan adlı gəmini batmaqdan xilas etmişdir.

İllər ötdükcə, Azərbaycan xalqı tərəfindən Ulu Öndərin tarixdəki rolu daha dərindən dərk edilir və minnətdarlıqla xatırlanır.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı