Azərbaycanlı gənc Ukraynada nazir müavini oldu

Azərbaycanlı gənc Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Ukrayna strateji sənayelər nazirinin müavini təyin olunub.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.

Teymur Tkaçenko (Məmmədov) bu vəzifəyə qədər Kiyev vilayəti administrasiyasında departament rəhbəri olub, Ukraynada humanitar missiyada aktiv iştirak edir.

Qeyd edək ki, o, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur./report