“Azəriqaz” sədri vəzifəsindən azad edildi - YENİ TƏYİNAT + FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.

Adalet.az xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru vəzifəsi Azər Məmmədova həvalə edilib.

Qeyd edək ki, bu təyinatadək A.Məmmədov baş direktorun müavini vəzifəsində çalışıb.