"Ermənistan mediası hadisələri ölkə rejiminin fəaliyyətinə uyğun işıqlandırır"

"20 ildən artıqdır ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirmir. Yəni əgər bir ölkə dünya müdiriyyətinin qəbul etdiyi qətnamələri yerinə yetirmirsə, həmin ölkənin jurnalistikasının qarantiyası varmı ki, vahid standartdan çıxış edərək obyektiv münasibət bildirəcək.

Onlar bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində keçirilən "Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr" mövzusunda sessiyada çıxışı zaman deyib.

Ə.Həsənov bildirib ki, nə qədər ki, dünyada jurnalistikanın vahid davranış kodeksi müəyyən olunmayıb, jurnalistika subyektiv maraq dayıcısı olmaqda davam edəcək.

Ə.Həsənov qeyd edib ki, biz bu gün müstəqil jurnalistikadan danışsaq da, transmilli və digər media orqanları sahibkarlıq, sosial, mili maraqların daşıyıcısıdır: "Postsovet məkanıındakı münaqişələrdə bu, özünü göstərir. Bu gün Suriyada baş verənlərə baxın. Qərb mediasında təqlimat belədir ki, Bəşər Əsəd xalqına qarşı qətliam aparır, ona qarşı mübarizə aparılır. Yaxud Ukraynada baş verənlərlə bağlı Ukrayna və müxtəlif ölkələrin jurnalistikası müxtəlif cür yanaşır. Nə qədər ki, vahid jurnalistika kodeksi qəbul edilməyib, beynəlxalq səviyyədə qəbul edilməyib, bu vəziyyət belə də qalacaq".

Ə.Həsənov bildirib ki, Azərbaycan tolerant cəmiyyətdir və bunu da təbliğ edirik: "Ancaq dünən Ermənistan mediası Azərbaycanda qəbul edilən Bakı Bəyannaməsini qəbul etməməyə çağırdı. Ona görə də elə etmək lazımdır ki, BBC, CNN və Azərbaycandakı media orqanında çalışan jurnalistlər vahid prinsipdən, kodeksdən məsələlərə yanaşsınlar. Düşünürəm ki, bu tədbirdən sonra Azərbaycan jurrnalistikası Forumda təbliğ edilən ideyalardan istifadə edəcəklər. Azərbaycan bəşəri ideyaların, plüralist medianın yayılmasının tərəfdarıdır".