Məşhur rep ulduzu həbs edildi - FOTO

"Qremmi” mükafatının sahibi amerikalı rep ulduzu Nelli Vaşinqtonda seksual zorakılıq ittihamı ilə həbs edilib.

Sabahinfo.az xəbər verir ki, hadisə dünən Vaşinqtondakı ticarət mərkəzinin avtobusunda adıçəkilən reper tərəfindən təcavüzə məruz qalmış əlil qadının şikayəti ilə ortaya çıxıb.

Rep ulduzu şikayət üzrə polislər tərəfindən saxlanılaraq Vaşinqtonun De-Moyne ərazisində yerləşən islah-əmək düşərgəsinə göndərilib. Repçinin vəkilləri isə iddia edirlər ki, bu, Nelliyə qarşı təşkil olunmuş bir "qisas" əməlidir. Hazırda hadisə ilə bağlı geniş araşdırma əməliyyatı davam etdirilir./kult.az/