2 nəfərə "20 Yanvar Şəhidi" fəxri adı verildi - Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev "20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sabahinfo.az-ın məlumatına görə, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş aşağıdakı şəxslərə "20 Yanvar Şəhidi” fəxri adı verilib:

Adilov Musa Ramazan oğlu
Məmmədova Rəna Təyyar qızı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.