"Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”

"Uzun sürən geosiyasi proseslər davam etməkdədir”. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter">Twitter" səhifəsində yazıb.

N. Məmmədov qeyd edib ki, ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi iki əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır: "Maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər. Yəqin ki, bir necə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”.