"Metroya kütləvi girişə icazə verilməyəcək”

Bakı OlimpiyaStadionu”ndan insanların kütləvi şəkildə metroya girişinə polis icazə verməyəcək.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini,polis general-mayoru, Olimpiya Stadionunun qərargah rəhbəri Səhlab Bağırov bildirib.

Onun sözlərinə görə, stadionun çıxışı ilə metronun girişi arasında 1200 metrə qədər məsafə var: "Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək”.

Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Bakı-2015 Avropa Oyunlarının açılışına hazırlıq məqsədi ilə 9 mayda Olimpiya Stadionunda15 min tamaşıçının iştirakı ilə sınaq tədbirinin keçirilməsi nəzərdə tutulur.

S.Bağırov deyib ki, sınaq tədbirində də bu məsələ bir daha nəzarət altında saxlanılacaq.