"Papaya və onun tutduğu mövqeyə yaraşmadı"

"Dini liderlərin birinci vəzifəsi tarixi mübahisələr üzərindən yeni bir insident və nifrət mühiti yaratmaq yox, bəşəriyyəti birliyə, sülhə və bərabər yaşamağa dəvət etməkdir”. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Roma papasının qondarma erməni "soyqırımı” iddialarını şərh edərkən deyib.

O bu açıqlamanın bu cür verilməsinin Papaya yaraşmadığını bildirib: "Əgər xarici qüvvələr olmasaydı çox güman ki, 1915-ci ildə baş verən kədərli hadisələr yaşanmayacaqdı. Baş vermiş kədərli hadisələri bir tərəfli görmək, insanların sadəcə bir hissəsinin kədərinə sahib çıxıb digərinin iztirablarını görməmək Papaya və onun tutduğu mövqeyə yaraşmadı. Kədərlər, xüsusilə də müharibə dövründə yaşanan kədərlər paylaşıldığı zaman bu iztirabların anlaşıldığı və ədalətli yaddaşla bu iztirablara sahib çıxıldığı zaman sülh mühiti yaranar”.