Hazırda Bakıda rəsmi olaraq 55 erməni həbsdədir.
Sabahinfo.az xəbər verir ki, bu barədə erməni hüquq üzrə mütəxəssis Siranuş Saakyan açıqlayıb.
O, Qarabağ separatçılarını nəzərdə tutaraq qeyd edib ki, Bakıda həbsdə olan 55 erməninin 8 nəfəri yüksək vəzifəli siyasi və hərbi xadimdir. Digərləri isə 44 günlük müharibə və ondan sonrakı müddətdə müxtəlif cinayət törətmiş hərbi təxribatçılardır.