Bakıda kütləvi dava olub, xəsarət alanlar var

Bakıda azı iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Qeybətov Vasif Valeh oğlu və 1995-ci il təvəllüdlü Məmmədov İlqar Telman oğlu kütləvi dava zamanı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.