Bakıda qardaşlar bıçaqlandı

Bakıda davada qardaşlar bıçaqlanıb.

Sabahinfo.az-ın xəbərinə görə, hadisə oktyabrın 18-i saat 23:00 radələrində paytaxtın Binəqədi rayonu, "Banu Çiçək" restoranının yaxınlığında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Eyvazov Fərid Fərhad oğlu döş qəfəsinin ön və arxa səthinin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Ak.Mirqasımov adına Respublika Klinik
Xəstəxanasına, qardaşı, 2002-ci il təvəllüdlü Eyvazov Sahib Fərhad oğlu döş
qəfəsinin qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə
Klinik Tibbi Mərkəzə və 2003-cü il təvəllüdlü Musayev Məhəmməd Asif oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmılıb.