Baş prokuror həbs edilən 16 separatçıdan danışdı

2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatından sonra separatçı rejimin nümayəndələri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində məhkəmənin qərarı real icra edilib. 

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev geniş kollegiya iclası zamanı deyib. 

Kamran Əliyevin sözlərinə görə, 2023-cü ildə 16 nəfər separatçı və cinayətkar dəstənin üzvləri Baş Prokurorluğun rəhbərlik etdiyi istintaq qrupu tərəfindən məsuliyyətə cəlb olunub: "Uzun illərdir Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayətlər törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıb. Onların Azərbaycan məhkəmələri tərəfindən mühakimə ediməsi təmin olunacaq".