"Bakıda təşkil ediləcək Avropa Oyunlarını dəstəkləyirəm”. "Olaylar”a
açıqlamasında Xalq artisti Faiq Ağayev belə deyib. F.Ağayev tarixi
ərzində birinci dəfə keçiriləcək yarışın ilk olaraq, Azərbaycanda
keçirilməsinin ölkəmiz üçün böyük uğur olduğunu deyib. Xalq artisti belə
bir beynəlxalq əhəmiyyətli yarışın Azərbaycanda təşkil olunmasından
sevinc hissləri duyduğunu da gizlətməyib.