AYİB Azərbaycana kreditləri milli valyutada verməyin yeni mexanizmlərini hazırlamağı tövsiyə edir

Azərbaycanda kreditlərin milli valyutada verilməsini artırmaq üçün yeni mexanizm hazırlamaq lazımdır.

Sabahinfo.az-ın məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabati Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan bankları manatla kredit vermək üçün imkana malik olmalıdırlar.