Azər Xəlilov ATV-dəki yeni təyinatları təsdiqləmir

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında (ATV) bir neçə posta yeni təyinatlar olduğu bildirilir.

Yayılan məlumatlara görə, Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu kanalın vitse-prezidenti təyin olunub. Digər məlumata görə, İctimai-siyasi verilişlər departamenti isə müvəqqəti olaraq Ceyhun Əliyə tapşırılıb.

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər XəlilovModern.az-a yeni təyinatlar barədə yazılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Heç bir təyinat yoxdur. Ümumiyyətlə, belə bir təyinat nəzərdə tutulmayıb. Bu barədə yazılanlar həqiqətə uyğun deyil”.