Azərbaycan əhalisinin sayı 10 milyona az qaldı

İlin əvvəlindən ölkə əhalisinin sayı 19 min 441 nəfər və ya 0,2 faiz artaraq 2017-ci il aprel ayının 1-i vəziyyətinə 9 milyon 829 min 422 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfər təşkil edib və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1051, Lənkəran iqtisadi rayonunda 152, Abşeron iqtisadi rayonunda 151, Gəncə-Qazax 103, Aran iqtisadi rayonunda isə 94 nəfər olub.