Azərbaycanın inkişaf QARANTI

... Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan 2018-ci il 11 aprel Prezident seçkilərindən bir il ötür. Həmin seçkilərdə xalqın böyük etimadını qazanan İlham Əliyevin növbəti dəfə Prezident seçilməsi Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni mərhələnin başlanğıcını qoydu.
... Cənab İlham Əliyevin dövlət başçısı postuna seçilməsi Azərbaycanda möhkəm ictimai və siyasi sabitliyin, əmin-amanlığın davamlılığını təmin etdi. Güclü sabitlik və təhlükəzsizlik yeni siyasi və iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin inkişafı üçün dərin əsaslar yaratmış oldu. 
... Son bir ildə Azərbaycan Siyasi Liderinin misilsiz xidmətləri sayəsində möhtəşəm uğurlara imza atıbdır. Bu müddət ərzində ölkəmizdə makroiqtisadi sabitlik möhkəmlənib, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatlar həyata keçirilib. İqtisadi inkişafının dayanaqlığının təmin olunması, tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar qəbul olunubdur. Enerji, yol-nəqliyyat, sosial infrastrukturun yenidən qurulması ilə bağlı tədbirlər davam etdirilib. 
.. Azərbaycan ötən bir ildə Prezident İlham Əliyevin qətiyyətli və balanslaşdırılmış uğurlu xarici siyasət xəttini davam etdirməklə beynəlxalq mövqeyini gücləndirib. Dövlətimizin başçısı möhtəşəm xarici siyasət diplomatiyası sayəsində dünya xəritəsində öz layiqli yerini daha da möhkəmləndirib. 
... Dövlət başçısının xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini təsdiqləyib.
... Azərbaycan Prezidentinin ötən il beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Avropa İttifaqı və NATO-nun yüksək səviyyəli şəxsləri ilə keçirdiyi görüşlər ölkəmizin dünyada etibarlı tərəfdaş kimi mövqeyini və nüfuzunu artırıb. Belə görüşlərdən ən mühümü Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması olub.
2018-ci ildə Azərbaycanın xarici siyasətində ən zəngin hadisələrdən biri avqust ayında Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının keçirilən V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalanması oldu. Sənədin imzalanması ilə Xəzərin hüquqi statusu ətrafında müzakirələrə və mübahisələrə birdəfəlik son qoyulub. Konvensiya Azərbaycanın milli maraqlarını tam təmin etməklə Xəzər dənizinin birgə geniş əməkdaşlıq və təhlükəszlik məkanı olmasına dair qəti prinsipial mövqeyinin ifadəsi oldu.
... Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın yürütdüyü əlverişli siyasət regional və qlobal layihələrin icrasını təmin edib, ölkəmizin enerji-tranzit potensialının artırılmasına səbəb olan yeni strateji layihələr istifadəyə verilib. "Cənub qaz dəhlizi" layihəsi rəsmi açılışını, həmin dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilibdir.
... Azərbaycan Prezidentini Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla birgə İzmir şəhərində yerləşən "Star” neft emalı zavodunun açılışını etməsi son bir ilin ən mühüm siyasi və iqtisadi hadisələrindən biridir. 
... Son bir ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində böyük diplomatik uğurlar əldə olunub. Beynəlxalq birlik münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair düzgün və ədalətli mövqeyini ifadə edib.
... Prezident İlham Əliyev üçün həmişə Azərbaycan vətəndaşının sosial rifahı, əsas prioritetlərdən biri olub. 2018-ci ildə və 2019-cu ilin birinci rübündə ölkəmizin yüksək iqtisadi inkişafı, büdcə gəlirlərinin artması dövlətin sosial siyasətin əhatəsini daha da gücləndirməsinə əlverişli imkanlar yaradıb. Son bir il ərzində dövlət başçısı tərəfindən əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun indeksləşdirilməsi və artırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin gücləndirilməsi, digər sosial və iqtisadi sahələrdə müavinət və əməkhaqlarının artırılması ilə bağlı imzalanmış fərman və sərəncamlar sosial tərəqqini daha da gücləndirib. 
... Dövlət başçısının imzaladığı sərəncama əsasən, şəhid olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində kompensasiyaların verilməsinə başlanılıb. Son ildə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub.
... Hökumətin hazırlayaraq həyata keçirdiyi güclü sosial paket ümumilikdə 3 milyon vətəndaşın sosial həyatına öz mühüm təsirlərini göstəribdir. Minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 38,5 faiz artırılaraq 180 manata çatdırılib. Bu addım 600 min insanın sosial həyatına təsir edib. Tələbələrin təqaüdləri də artırılıbdır. Sosial müavinətin məbləği müxtəlif sosial kateqoriyalar üzrə 50-100 faiz, bəzi kateqoriyalar üzrə isə 120 faiz artırılıbdır. 
... Prezidenti İlham Əliyevin fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman isə sosial sahədə ən inqilabi addım kimi yadda qaldı. Yüzminlərlə insanın sosial həyatına birbaşa təsir edən bu sənədin imzalanması Azərbaycan xalqına, vətəndaşına olan yüksək qayğısının növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Problemli kreditlərin həlli nəticəsində təxminən 950 min insanın sosial vəziyyəti yaxşılaşacaq
.... Azərbaycanda hazırda dərin və əhatəli islahatlar davam etdirilir. Bu islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qarşıda duran hədəfləri gerçəkləşdirərək daha möhtərəm uğurlara çatmağa imkan verəcəkdir.

Vaqif Abdullayev
YAP Siyasi Şurasının üzvü  Siyasi elmlər doktoru, professor