Baş Prokurorluq daha bir sayta xəbərdalıq etdi

Baş Prokurorluq "Ovqat.com” saytına rəsmi xəbədarlıq edib.

Sabahinfo.az Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş redator Heydər Həşimov Beynəlxalq Bnakda baş verən həbslərlə bağlı həqiqəuyğun olmayan məlumatlar yaydığı üçün xəbədarlıq alıb.

"Baş Prokurorluqda aparılmış araşdırmalarla "Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimovtərəfindən cinayət-prosessual qanunvericiliyin, habelə "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cahangir Hacıyev və qeyriləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə istintaq aparıldığı halda, ibtidai araşdırmanın maraqlarına zidd olaraq sensasiya yaratmaq naminə C.Hacıyevdənmüsahibə alınaraq ictimailəşdirilməsi müəyyən edilmişdir”.

Qeyd edilənlərlə əlaqədar saytınbaş redaktoru Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindənsui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla,"Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə cinayət prosesinin iştirakçılarının hüquq və qanuni mənafelərini pozmaqla bu qəbildən olan qanunazidd əməlləri davam etdirəcəyitəqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.