Birinci xanım yanğında xəsarət alanlara baş çəkib

Heydər Əliyev Fondunun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyeva yanğında xəsarət alanları ziyarət edib. Mehriban Əliyeva hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdədir. O, mərkəzdə müalicə alan yaralılarla görüşür, onların vəziyyəti ilə maraqlanır. Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev də bu gün yaralılara baş çəkib, onların müalicəsi üçün müvafiq tapşırıqlar verib. Qeyd edək ki, hazırda yanğın baş verən binadan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilənlərdən 12-si müalicəsini davam etdirir. Onlardan 3-ü uşaq, 9-u böyükdür. Hazırda müalicəsini davam etdirənlərin vəziyyəti stabildir. Xatırladaq ki, mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.