Bu gün BMT özünə yeni baş katib seçir

Baş Assambleyanın bu günkü 71-ci sessiyasında nümayəndələr BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq.

 

sabahinfo.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, ötən həftə Təhlükəsizlik Şurası Assambleyaya 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci ilə qədər bu vəzifəyə Portuqaliyadan olan Antoniu Qutyerreşi təyin etməyi məsləhət görüb.

Koreya Respublikasından olan Pan Gi Mun BMT-nin səkkizinci baş katibidir.

BMT-nin Nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifə sahibidir. O, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleyası tərəfindən təyin edilir.

Xatırladaq ki, A.Qutyerreş 2015-ci ilin iyun-dekabr aylarında BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.

A.Qutyerreş, bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.