Bu gün Uşaqların
Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun
1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının
təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da
iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra
həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın
əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə
uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır.
Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.
Həkimlərin fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə cəlb edilməsidir.
Azərbaycanda
uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq
alveridir. Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və
cinayətkarların cəzalandırılması istiqamətində müəyyən tədbirlər
görülür.
Son
illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə
bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib
problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə
50-yə qədər internat məktəbi fəaliyyət göstərir . Onların himayəsində
təxminən 20 mindən çox uşaq var. 5000 mindən çox uşaq isə valideyn
himayəsindən məhrumdur.
Azərbaycanda
300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin
həllinə mənfi təsir göstərən amildir. Bütün bunlara baxmayaraq, nikbin
faktlar da mövcuddur. Məsələn, son 12 ildə körpə və uşaqlar arasında
ölüm əmsalı iki dəfə azalıb.