Deputat Adil Əliyev üçün özəl gün

25 sentyabr tarixi Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyeviun doğum günüdür.

Sabahinfo.az-ın məlumatına görə, Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdəAzərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəriSəbailrayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildəDaxili İşlər NazirliyininPolis Akademiyasını bitirib. 2000-ci ildə "Polis Əlaçısı" olub.

2000-ci ildənAzərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildəBakı Dövlət Universitetininmagistraturasını bitirib.

2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

2005-ci ildəAzərbaycan Respublikası PrezidentininFərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib..

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası Dünya Çempionu olub.20 saylı Nərimanov II seçki dairəsindən2005-ci ildə III çağırış,2010-cu ildə IV çağırışvə2015-ci ildə V çağırışAzərbaycan Respublikasının Milli Məclisinindeputatı seçilib.

2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşdur. Kitabda uydurmaerməni soyqırımıtarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir.

2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilib.

9 aprel 2013-cü ildə hüquq üzrəfəlsəfə doktoruelmi dərəcəsialıb.

Ailəlidir, üç övladı var.