Deputat Novruz Aslanov seçiciləri qəbul edib

Milli Məclisin (MM) deputatı Novruz Aslanov iyunun 4-də seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından verilən məlumata görə, MM üzvü İsmayıllı şəhərində yerləşən qərargahında hər bir seçicini qəbul edib, onların problemləri ilə maraqlanıb. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən müalicə və müayinə, məişət problemlərindən ibarət olub. Qaldırılan məsələlərlə bağlı deputat müvafiq addımların atılacağını bildirib. Bir neçə məsələ yerindəcə həll olunub.