Deputat seçicilərinə bayram sovqatı payladı

Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlərə dəstək olaraq, Müqəddəs Ramazan bayramı münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı Əliabbas Salahzadə seçicilərini bayram münasibətilə təbrik edib. Sabunçu rayonunda Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini, ağsaqqalları, aztəminatlı ailələri, tənha və kimsəsiz insanları, o cümlədən qayğıya ehtiyacı olan ailələri ziyarət edərək onlara bayram sovqatı paylanib.

Seçicilər də öz növbəsində Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.