DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN BANİSİ

Hər bir xalqın əsrlər boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin nəticəsidir. Yeni yaranmış ictimai-siyasi formasiyalarda isə məhz tarixi məsuliyyəti üzərinə götürən xarizmatik liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq hüququ qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir – zamanın ən sərt sınaqlarından çıxmış bu insanlar müəyyən mərhələdə məsuliyyəti öz üzərilərinə götürərək, bütün bir millətin tarixən yaşatdığı azadlıq, müstəqillik ideyalarını gerçək həyatda reallaşdırmağa nail olurlar. Belə şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir. Məhz buna görə də Heydər Əliyev irsinin öyrənilməsi bütün zamanlar üçün əhəmiyyətlidir. Dünyamıza nəzər salsaq görərik ki, inkişaf edən ölkələrin hər biri hansısa prinsiplərə söykənərək bugünkü səviyyəyə gəlib çatıb. Məsələn, Hindistan Mhatma Qandinin müəyyən etdiyi prinsiplərə söykənərək inkişaf edir. ABŞ bu ölkənin bani atalarının, İstiqlaliyyət Bəyannaməsini ortaya qoyanların müəyyən etdiyi xətti əsas götürür. ABŞ İstiqlaliyyət Bəyannaməsi Amerika dövlətinin və xalqının söykəndiyi prinsipləri özündə əks etdirir, eyni zamanda bu ölkə yaranarkən ortada olan ənənələr, irəli sürülən prinsiplər hələ də ana prinsiplər olaraq qalmaqdadır. Baxmayaraq ki, Böyük Britaniya konstitusiyalı monarxiyadır, bu ölkə də tarixdən gələn ideoloji prinsiplərə söykənir. Qardaş Türkiyə Respublikası Ata-türkçülük prinsiplərinə söykənir. Türkiyədə nə qədər siyasi partiyalararası dartışma, hakimiyyət dəyişikliyi və s. baş versə də, Atatürkün müəyyən etdiyi prinsiplər daim yaşayır. Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin təməl prinsiplərinin müəyyən edilməsi məsələsi ölkəmiz 1991-ci il oktyabr ayının 18-də özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra çox ciddi diskussiya mövzusu olmuşdur. Müstəqilliyinə yenicə qovuşmuş dövlətimizin və xalqımızın gələcək inkişafı ilə əlaqədar müxtəlif ideoloji təkliflər səsləndirilirdi. Düzdür, ölkəmiz dövlət müstəqilliyinə qovuşarkən XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin müəyyən ənənələri var idi. Amma Xalq Cümhuriyyətinin az müddətdə mövcud olması və müəyyən prinsipləri ortaya qoya bilməməsi XX əsrin 90-cı illərinin əvvəllərində milli ideya axtarışı baxımından Azərbaycanda bir boşluğun olduğunu büruzə verdi. Türkçülüyə istinad etmək, dinə söykənmək və digər prinsipləri qəbul etmək təklifi ilə çıxış edənlər var idi. Amma bu təkliflərin hər biri yarımçıq idi, nə isə çatışmırdı. Hansısa elementin çatışmaması və yarımçıq tezis inkişafa, ideoloji xəttə əngəl olurdu. Bu prinsipləri tamamlamaq, inkişaf etdirmək, möhkəmləndirmək və qətiləşdirmək lazım idi. Məhz ümummilli lider Heydər Əliyev bunu qətiləşdirdi. O, nəinki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi səmərəli fəaliyyət о qədər zəngin və keşməkeşlidir ki, o, bu gün təkcə Heydərsevərləri deyil, həm də dövlət adamlarını, tədqiqatçıları da daim düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə ehtiyac duyulan hələ açılmamış səhifələri var və bunlar öz tədqiqatçılarını gözləyir. Məlumdur ki, tarixi şəxsiyyət adım qazanmaq hər dövlət başçısına nəsib olan xoşbəxtlik deyil. Bunu qazanmaq üçün ümummilli lider adını sağlığında qazanmış Heydər Əliyev kimi gərək xalqın qarşısında böyük xidmətlərin, xalqın qəlbində məhəbbətin, bir sözlə, tarixdə izin olsun. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun son 35 ildən artıq bir dövrü əhatə edən mərhələsində özünü dünya siyasətinin görkəmli xadimlərindən biri kimi tanıdan Heydər Əliyevin adı tariximizə əbədi olaraq həkk olunmuşdur. Bu böyük şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqımızı, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarmış və zənginləşdirmişdir. Keçən əsrin 70-ci illərinə nəzər salsaq görərik ki, həmin illərdə məhz Heydər Əliyev fiziki və mənəvi terrora məruz qalan Azərbaycan milli təfəkkürünü qoruyub saxlaya bildi. Belə ki, Heydər Əliyevin sovetlərin siyasi iyerarxiyasında rəhbərliyə gəlməsi ilə milli özünüdərk hissi gücləndi və bütün ideoloji maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Bu, əslində xalqın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə, ciddi nəzarətlə üzləşsə də, riskdən 84 çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinin real siyasi amilə çevrilməsi oldu. Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və hüquqi sahədə mühüm addımlar atdı. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər oldu. Tarixi faktlar təsdiqləyir ki, əslində SSRİ-nin dağılması prosesi 1970-ci illərin əvvəllərindən başlamışdır. Məhz belə bir gərgin siyasi dövrdə Heydər Əliyevin birinci hakimiyyət dövrü başlandı. Təbii ki, SSRİ-də hansı proseslərin getdiyi və cəmiyyətə məlum olmayan, gizli saxlanılan problemlərin mahiyyətinin nədən ibarət olduğu Heydər Əliyevə bəlli idi. Bütün bunları Heydər Əliyev yaxşı görür, siyasi imkanlarından, nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı. Ötən əsrin 70-ci illərində məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın gələcəkdə müstəqil dövlət olaraq mövcudluğunun təmin edilməsinə yönələn bir sıra kardinal addımlar atıldı. Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən iri sənaye respublikasına çevrildi. Azərbaycanın neft emalı və neft-maşınqayırma, elektronika sənayesinin yüksək keyfiyyətli məhsulları, şərab məmulatları nəinki Sovet İttifaqı məkanında, eyni zamanda, xarici ölkələrdə də geniş şöhrət qazanmışdı. İttifaq hökumətinin xüsusi qərarları ilə Azərbaycanda üzümçülük, pambıqçılıq və onların emal sənayesinin inkişafına yeni təkan verildi. Heydər Əliyevin birinci hakimiyyəti illərində həmin sahələrin inkişafı ilə kəndlərdəki soydaşlarımızın yaşayış səviyyəsi qibtə olunacaq şəkildə yüksəldi. Palçıq evlər, daxmalar müasir kommunikasiyalı mənzillərlə əvəz edildi. Dövlət idarəçiliyi sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli cəhətlərindən biri də budur ki, о öz siyasətini heç bir zaman birtərəfli qurmurdu. Onun gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi. Ümummilli liderin 70-ci illərdə Azərbaycanda milli hərbi kadr hazırlığı işinə xüsusi diqqət yetirməsi də bunu bir daha təsdiq edir. О dövrdə Azərbaycanın ərazisində azərbaycanlılar hərbi kadr hazırlığına və о zamankı hərbi elitaya yaxın buraxılmırdılar. Azərbaycanda bir neçə ali hərbi məktəb olmasına baxmayaraq, bu məktəblərin minlərlə kursantı arasında yalnız beş-altı nəfər azərbaycanlı var idi ki, onların da çoxu "beynəlmiləl” ailələrin üzvləri idilər. Şübhəsiz, bu tendensiya Heydər Əliyevi narahat etməyə bilməzdi. Heydər Əliyevin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesinə start verildi. Həmin dövrdə Heydər Əliyev milli hərbi kadr hazırlığı sahəsində daha bir kardinal addım atdı. Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu da azərbaycanlılar arasında hərbi sahəyə marağın kütləvi xarakter almasına səbəb oldu. 1970-ci illərə kimi Cənubi Qafqaz respublikaları arasında azərbaycanlılara SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına süni maneələr yaradılır, hətta müəyyən limit qoyulurdu. Lakin 1970-ci illərdən başlayaraq, Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə də ciddi dönüş yaradıldı. Həmin dövrdən başlayaraq, hər il yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər və texniki elmlər kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi. Bu siyasət Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi. Bu günün prizmasından yanaşdıqda, bu addımların sonralar müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu daha aydın, daha qabarıq görünür. Bu böyük şəxsiyyət 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun icra-sına başlamışdır. Çağdaş milli dövlətçilik tariximizdə Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, taktiki və strateji hədəfləri, konkret məqsədləri var. Bu irs 1991-1993-cü illərdə cəmiyyətin gözündən düşmüş dövlət-hakimiyyət vəhdətinin həqiqi simasını özünə qaytardı. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində ulu öndər Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Siyasi sabitliyi təmin etməklə yanaşı, eyni zamanda demokratik, qüdrətli dövlət modeli konsepsiyasını da həyata keçirməyə başladı. 1993-1995-ci illərdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizəni xatırlayarkən riqqətə gəlməyə bilmirsən. Bu müddətdə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verildi.85 Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik amalının praktiki baxımdan bərqərar olmasına yönəlmişdir. Heydər Əliyev həm də Azərbaycan elminin böyük hamisi idi. Elmə, təhsilə, alimlərə, ziyalılara həmişə yüksək qiymət verirdi. Respublikaya birinci və ikinci rəhbərliyi dövründə Azərbaycan elmi, təhsili dünya elminə birbaşa inteqrasiya olunmaq imkanı qazandı, cəmiyyət həyatına, onun tərəqqisinə xidmət edən fundamental kəşflər edildi. Hələ ötən əsrin 70-ci illərində Elmlər Akademiyası Heydər Əliyevin böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını, texniki arsenalını yaratdı. İndi hamı belə bir tarixi gerçəkliyi təsdiq edir ki, Heydər Əliyev rəhbər vəzifədə olmadığı illərdə akademiyanın məhv olmaq təhlükəsi var idi. Ümummilli lider 1993-cü ildən xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan elmi yenidən dirçəliş yoluna qədəm qoydu. Naxçıvandan Bakıya dönən Heydər Əliyevin ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməsi də təsadüfi deyildi. Bununla dövlətçilik ənənələrini sistemli şəkildə davam etdirən görkəmli dövlət xadimi kimi yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimai fikrə çatdırdı. Bu, bir tərəfdən Heydər Əliyevin Azərbaycan elminə, intellektinə böyük hörmətinin təsdiqi idisə, digər tərəfdən respublika ziyalılarının Heydər Əliyev şəxsiyyətinə sonsuz inam və yüksək etimadının bariz nümunəsi idi. Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli sima, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi idi. Heydər Əliyev Azərbaycanın, dövlətimizin tarixində həmişəlik qalacaq və həmişə anılacaq bir şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur və hörmətlə qarşılanır, yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Ukraynada Heydər Əliyev adına Sosial-Siyasi Elmlər İnstitutu təşkil edilib və onun zəngin dövlətçilik təcrübəsi öyrənilir. XX əsrdə yetişən dövlət xadimləri içərisində onun özünəməxsus yeri və nüfuzu var. Belə şəxsiyyətlər dünyada çox azdır. Belə bir şəxsiyyətin dövlətçilik, idarəçilik irsinin öyrənilməsi bu gün çox vacibdir. Bu missiyanı daşıyan ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasının qarşısında çox mühüm vəzifələr durur. Dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi tədbirləri sırasında dövlət idarəetmə sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatlar aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi akademiyanın qarşısında duran başlıca vəzifələrdəndir. Şübhəsiz, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi nəinki yüksək peşəkarlıq və zəkanı, həmçinin, yüksək əxlaqi və mənəvi keyfiyyətləri, özünün vətənpərvərlik və Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanması və tərbiyə olunmasını ehtiva edir. Bütün bunlarla yanaşı, akademiya həm də milli ideologiyamızın formalaşması, inkişaf etdirilməsi və təbliği sahəsində mühüm rol oynayır. Ümummilli lider milli-mənəvi dəyərlərə sadiqliyini bütün fəaliyyəti boyu qoruyub saxlamış, dövlət idarəçiliyində bu meyarlara mühüm önəm vermişdir. Heydər Əliyevin bu mövzudakı çoxsaylı çıxışları gənc nəsil üçün örnəkdir: О deyirdi ki, "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Millimənəvi dəyərləri olmaуап millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla belə, Azərbaycanın təfəkkürlü insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıbdır. Biz bunların hamısı ilə fəxr etməliyik”. Akademiyada ulu öndər Heydər Əliyev irsinin, bu böyük dövlət xadiminin, hakimiyyət ustasının zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə əxz edilməsinə də vacib məsələ kimi yanaşılır. Təsadüfi deyil ki, akademiyada "Heydər Əliyevin Dövlət idarəçilik təcrübəsi” ayrıca fənn kimi tədris olunur. Fəaliyyətdə olan "Heydər Əliyev Dövlət İdarəçilik Universiteti” bu istiqamətdə ciddi araşdırmalar 86 aparmaq, ulu öndərin həyatının şərəfli səhifələrini dolğun şəkildə açıb ictimaiyyətə göstərmək, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasını təbliğ etmək istiqamətində mühüm işlər görülür. Sevindirici haldır ki, 2003-cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik kursunu əzmkarlıqla davam etdirir. Dövlət başçısı əməli fəaliyyəti ilə hələ seçki ərəfəsində verdiyi bütün vədlərə sadiqliyini təsdiqləmişdir. Mövcud imkanların bərabər paylanması inkişafın mühüm şərtlərindəndir və Azərbaycan Prezidenti bu amili əsl siyasətçilərə xas peşəkarlıqla nəzərə alır: ölkəmizin sosial-iqtisadi uğurlarını digər əhəmiyyətli sahələrin tərəqqisinə yönəldir, bununla əlaqədar bir sıra vacib fərmanlar, sərəncamlar, dövlət proqramları imzalayır. Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, incəsənətinin, idmanının, bir sözlə, mədəni-intellektual potensialının daha da inkişaf etdirilməsi dövlət başçısının diqqət mərkəzindədir. Azərbaycan Prezidenti təhsil sisteminin mövcud problemlərini, incəliklərini dərindən bilir və onların tez bir zamanda aradan qaldırılmasına çalışır. Təsadüfi deyil ki, dövlət büdcəsindən ən böyük vəsait ayrılan sahələrdən biri məhz təhsil sferasıdır. Həmin vəsaitin müəyyən hissəsi regionlarda yeni məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlir. Regionların inkişafına diqqətin artırılması çox vacibdir. Burada diqqəti cəlb edən bir də odur ki, hazırda regionlarda böyük canlanma var. 1 milyona qədər qaçqınımız var, ərazilərimizin xeyli hissəsi işğal olunub, belə bir məmləkətdə, belə bir şəraitdə təbii ki, regionlarla mərkəz arasındakı iqtisadi inkişaf, tarazlıq pozulmalı idi. Regionlar çox sürətlə geri qalırdı. Və olduqca vacib olan bu problemin həllində cənab Prezident İlham Əliyevin gördüyü işlərin böyük əhəmiyyəti var. Ən əsas isə bu yolun düzgün olmasıdır. Həqiqətən də bu yolda çox qısa bir müddətdə böyük işlər görülmüşdür. Xarici investisiyaların qoyulması, iş adamlarının vəsaitlərindən istifadə edilməsi, bank-kredit sisteminin işə salınması və bunlar hamısı bu səmtə yönəldilib. Ölkəmizin ötən illər ərzində məqsədyönlü, balanslaşdırılmış xarici siyasət kursu hesabına geosiyasi qarşıdurmalar poliqonu olmaq təhlükəsindən uzaqlaşaraq əməkdaşlıq və maraqların uzlaşması məkanına çevrilməsi faktı bu gün diqqətdə duran məsələlərdəndir. Bu "Azərbaycan rəqabət yox, qarşıdurma yox, əməkdaşlıq məkanına çevrilməlidir. İlk növbədə Azərbaycanın milli maraqları təmin olunmalıdır” prinsipinə daim sadiq qalan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsidir. Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davam etdirildiyini bir daha bəyan etdi: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”. Ölkəmizdə 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin növbəti parlaq qələbəsi yuxarıda sadalanan nəhəng islahatlar prosesinə və ulu öndərin ideyalarına olan ümumxalq münasibətini bir daha əyani şəkildə nümayiş etdirdi. Bütün bunlar göstərir və təsdiq edir ki, həqiqətən Heydər Əliyevin nəzəri müddəaları, dövlət idarəçiliyi sahəsindəki zəngin təcrübəsi hər zaman və hər bir işdə nümunə kimi bizə kömək olacaqdır. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının IV qurultayında qeyd etdiyi kimi: "Biz bilirik nə istəyirik, biz bilirik hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın mövqelərini möhkəmləndirməkdir. Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq.”

Elmira Bayramova

 Bakı şəhəri Xətai rayonu 252 saylı körpələr evi-uşaq baxçasının müdiri