Elçin Behbudov Yasamal qəbiristanlığında dəfn olunacaq

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla vida mərasimi evində olacaq.

Hüquq müdafiəçisinin ailəsindənverilən məlumata görə, onun cənazəsi bu gün götürüləcək. Elçin Behbudov Yasamal qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, tanınmış hüquq müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E. Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib.