Elena məzarı başında yad edildi...

162 nömrəli məktəbdə məlum intihar hadisəsi ilə hər kəsin qəlbinə köz salmış Elina Hacıyevanın doğum günüdür. Bu münasibətlə Elenanın valideynləri Ədalət Hacıyev və Sevil Hüseynova, bir qurup ziyalı və ictimayyət nümayəndəsi onun Zabratda olan məzarını ziyarət edib. Elena Hacıyevanın qəbri üstünə gül dəstələri düzülüb. Onunla bağlı xatirələr danışılıb.

Mərasimdən sonra Elena Hacıyevanın valideynləri Ədalət Hacıyev və Sevil Hüseynova mərhum qızının ad günü və Ramazan bayramı münasibəti ilə Ümid Uşaq Evində ehsan süfrəsi təşkil ediblər. Ehsan süfrəsində 20-dən artıq uşaq iştirak edib.