Əli Həsənov baş redaktorlarla görüşür

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkə başçısı Prezident İlham Əliyevin Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə imzaladığı sərəncamdan irəli gələn məsələlərlə bağlı qəzet baş redaktorları ilə görüşü keçirilir.Adalet.az-ın məlumatına görə, görüşdə həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin üzvləri də iştirak edirlər.

PA rəsmisi Əli Həsənov tədbiri açıq elan edərək ilk Avropa Oyunlarının başlanmasına az müddət qalması münasibətilə hər kəsi təbrik edib: "Bu, Azərbaycan tarixinin önəmli bir səhifəsidir. Oyunlar Azərbaycan tarixinə mühüm hadisə kimi yazılacaq. Bu kampaniyaya verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm".

Əli Həsənov Azərbaycan Prezidentinin Milli Mətbuatın yaranmasının 140 illiyi ilə bağlı sərəncamı haqqında danışaraq, tədbirlər planı barədə məlumat verib.

Tədbir hazırda davam edir.