Ərdoğan Klintonu “təcrübəsiz” adlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyip ABŞ prezidentliyinə namizəd Hillari Klintonu "təcrübəsiz" adlandırıb.

 

sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampla debatlar zamanı Klintonun kürdlərə silah vermək planlarını açıqlaması Ərdoğanı narazı salıb.

 

"Klintonun açıqlamasını çox uğursuz sayıram. O təkrar edir ki, YPG və PYD-dən olan terrorçuları dəstəkləyəcək. Bu yumşaq desək, çox uğursuz açıqlamalardı. Şəxsən hesab edirəm ki, hər şey siyasi təcrübəsizlikdən qaynaqlanır. Regionda başqa reallıqlar olduğu üçün belə açıqlamalar vermək lazım deyil”.