Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib

İtaliyanın keçmiş baş naziri, dövlət başçısı postuna namizəd olan Silvio Berluskoni namizədliyini geri götürmək qərarına gəlib. Bu barədə keçmiş baş nazirin açıqlamasında deyilib. A.Berluskoni bildirib ki, onun qərarı kollektiv maraqları öz maraqlarından üstün tutması ilə bağlıdır:

"İtaliyanın bu gün birliyə ehtiyacı var, ciddi sanitar böhrana qarşı ümumi mübarizə naminə "əksəriyyət - müxalifət" anlayışını aradan qaldırmaq [lazımdır]. Yüksək məsuliyyəti dərk edərək, [namizədliyimi] təklif edən hər kəsdən adımı qeyd etməməyi xahiş edirəm".

S.Berluskoni hökumətin qarşısında duran mühüm vəzifələrə diqqət yetirib:

"Ona görə də hesab edirəm ki, Mario Draqi hökuməti lazımi islahatları davam etdirmək üçün parlamentin bu çağırışının müddətinin sonuna qədər işləməlidir".