Ermənilər Türkiyədə Qarabağ bayrağını qaldırdılar - QALMAQAL

Ümumerməni Oyunlarının nümayəndə heyəti Türkiyəyə gəlib.

Modern.azErmənistan KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyəti Hatay vilayətində yerləşən Musa Dağının ətəyinə qalxaraq Vakıflı kəndində yerləşən kilsədə Ermənistan və Qarabağ bayraqlarını qaldırıblar.

Oyunlarını məşəlini Ermənistandan və İstanbuldan gələn ermənilərin qarşısında erməni mənşəli amerikalı iş adamı Albert Boyacyan yandırıb.

Mərasiminin videosunun avqusutn 6-da Xankəndində ümumerməni oyunlarının açılış mərasimində nümayiş olunacağı bildirilib.

Xatırladaq ki, Panerməni oyunları 4 ildən bir diapsor erməniləri arasında baş tutur. Sonuncu belə yarışlar 2015-ci ildə keçirilmişdi və dünyanın 172 şəhərindən 6,3 min ermənini toplamışdı.