Ermənistan ordusunun əsgəri öldürülüb

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Vaaqn Viravyan növbədə olarkən öldürülüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə oktyabrın 15-də səhər saatlarında baş verib.

Məlumata görə, hadisənin baş verdiyi yerdə araşdırma aparılıb, əsgərin öldürüldüyü silah aşkar edilib, onun kimə mənsub olduğu müəyyənləşdirilib.

Vaaqn Viravyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü ehtimal edilir.