Əsgərləri daşıyan avtobus aşdı: 47 yaralı

Türkiyənin şimalında əsgərləri Tokat şəhərindən Samsunun hava limanına aparan avtobus qəzaya uğrayıb.

AzVision.az"Anadolu" agentliyinə istinadla xəbər verir ki, insident Ankara-Samsun avtomobil yolunda qeydə alınıb. Avtobusun Kavak qəsəbəsi yaxınlığında yol kənarındakı baryerlərə çırpılaraq aşdığı bildirilir.

İlkin məlumata görə, hadisə nəticəsində 47 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.