Girovluqdan azad edilən Elvin İbrahimovun səhhəti necədir? - Baş həkimdən açıqlama

"Bu gün girovluqdan azad edilən Elvin İbrahimov Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib".

Bakupostxəbər verir ki, bunu Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov deyib.

Baş həkim bildirib ki, E. İbrahimovun vəziyyəti kafidir: "Hazırda həkimlərin nəzarəti altında tibbi müayinələr aparılır. Onun həyatı üçün heç bir təhlükəli məqamlar görünmür. Yaxın günlərdə müayinələr yekunlaşdıqdan sonra Elvin İbrahimov evə buraxılacaq”.