Girovluqdan azad edilən Elvinin anası prezidentə təşəkkür etdi

Bu gün erməni girovluğundan azad olunan Elvin İbrahimovun anası prezident İlham Əliyevə təşəkkür edib.

Bakupost.az-ın xəbərinə görə, E.İbrahimovun anası oğluyla görüşdüyünü bildirib:"Oğlumu təxminən iki saat öncə mənlə görüşdürdülər. Çox xoşbəxtəm bu gün. Övladım sağ-salamatgeri döndü. Şükürlər olsun, həkimlərimiz də baxdı, həyatı üçün heç bir təhlükə yoxdur. Övladımın əsirlikdən azad edilməsində əməyi keçən hər kəsə, başda cənab prezident İlham Əliyev olmaqla hər kəsə öz təşəkkürümü bildirirəm”