Gürcüstan ABŞ-a yeni səfir təyin edib

Gürcüstan ABŞ-a yeni səfir təyin edib. sabahinfo.az saytı Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan prezidenti David Bakradzeni Gürcüstanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Qeyd edək ki, David Bakradze indiyədək Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə nazir vəzifəsində çalışıb.