Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bu gün Bakının Binəqədi rayonunda yanan çoxmərtəbəli binanın yaxınlığında yaradılmış operativ qərargahda jurnalistlərə açıqlama verib.
Lent.az-ın hadisə yerindəki əməkdaşının xəbərinə görə, nazir müavini deyib ki, yanğın baş verən əraziyə FHN-nin 40-a yaxın texnikası cəlb edilib və hazırda yanığının söndürülməsi və soyudulması ilə məşğuldur. E.Mirzəyevin sözlərinə görə, binada baş verən yanğın 4 saata yaxın davam edib. Yanğının 4 saat davam etməsinə səbəb isə FHN-nin texnikasının yanğın baş verən əraziyə yaxınlaşmaqda problemlə üzləşməsi olub.
Nazir müavini onu da bildirib ki, ilkin ehtimallara görə yanğına səbəb binaya çəkilən üzlüyün keyfiyyətinin aşağı olmasıdır.