HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DEMOKRATİK DÖVLƏT QURUCULUĞU

Liderlik institutu hər zaman siyasətşünas və filosofların əsas müzakirə mövzularından olmuş, bu fenomeni dərindən öyrənməyə çalışmış böyük mütəfəkkirlər bir-birindən maraqlı, dəyərli nəzəriyyələr yaratmışlar. Geniş fikir müxtəlifliyinə rəğmən, ümumi qənaət bundan ibarətdir ki, iqtisadi potensialından asılı olmayaraq, hər bir dövlətin hərtərəfli inkişafı milli lider amili ilə bilavasitə bağlıdır. Liderlik anlayışının başlıca tərkib hissəsini şəraiti dəqiq qiymətləndirmək, qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, hansısa qərarın yerinə yetirilməsi naminə insanların zəkasına və enerjisinə pozitiv təsir göstərmək, onları konkret ideya, fikir və məqsəd ətrafında səfərbər etmək, idarə olunanların liderin qəbul etdiyi qərarları, verdiyi göstərişləri öyrənməsinə və fəal müdafiə etməsinə nail olmaq kimi mühüm keyfiyyətlər təşkil edir. Liderlik bir tərəfdən liderin cəlbedici ideyalar irəli sürməsini, insanlara fəal və ciddi təsir göstərməklə onları idarə etməsini, digər tərəfdənsə liderə inanmağı, ona tabe olmağı, insanların onun ardınca getməyə hazır olmasını, qəbul etdiyi qərarlarda bilavasitə iştirakını əks etdirir. Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malik olmasıdır. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksək təşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisi ilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Bu statusa yiyələnmiş şəxslərin fəaliyyətinin universallığı onunla şərtlənir ki, insan qruplarının, təşkilatların və hərəkatların birgə fəaliyyətinin bütün növləri liderə ehtiyac duyur. Siyasi lider isə sadəcə, siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil. O, hər şeydən əvvəl, hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan şəxsiyyətdir. Görkəmli şəxsiyyətlər özləri situasiya yaradır və onu lazımi istiqamətə yönəltməklə qarşıya qoyduqları məqsədləri reallaşdırmağa nail olurlar. Bacarıqsızlar isə bu situasiyaların əsirinə çevrilir, hadisələrin axarına düşüb üzürlər. Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurubyaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. 


Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Böyük strateq Heydər Əliyev hələ hakimiyyətinin birinci mərhələsində milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir. Müdrik rəhbərin ölkəmizə birinci rəhbərliyi dövrünə qədər daha çox sovet tarixşünaslığının təmsilçiləri kimi yeni quruluşun ideologiyasının formalaşdırılması və bu ideologiyanın kütlələrə təlqini işilə məşğul olan Azərbaycan tarixçiləri keçmişimizin araşdırılmasına başlayaraq xalqımızın şanlı tarixinin qələmə alınması istiqamətində ilk addımlarını atmağa başladılar. Yaranmış əlverişli imkanlardan istifadə edərək, Atabəylər dövlətinin tarixini yazan akademik Ziya Bünyadov 70-ci illərin ortalarında dövlət mükafatına layiq görüldü. Azərbaycanın ədəbi dil normalarını kitablar halında sabitləşdirən dilçi alimlərimiz dövlət mükafatları ilə təltif edildilər. Bakı bütün dünyada Türkologiya elminin mərkəzinə çevrildi, millətin siyasi baxımdan təşkilatlanmasının, özgürlüyünə nail olmasının din və dil faktorlarından asılılığını nəzərə alan Heydər Əliyev hakimiyyətinin ilk mərhələsində dil amilini ən əhəmiyyətli məsələlərdən biri kimi gündəmə gətirdi. Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi, eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə  14 tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır. Həmin illərdə respublika rəhbərliyi səviyyəsində keçirilən müxtəlif tədbirlər də məhz bu məqsədlərin real həyatda tətbiqi məqsədini daşımışdır. Azərbaycan KP MK-nın 1970-ci il dekabrın 4-də qəbul etdiyi "Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında" qərarı da məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və səyləri ilə hazırlanaraq qəbul olunmuşdur. Bu qərarda orta və ali ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi-siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planı işləyib hazırlamaq tələbi irəli sürülürdü. Məzmunundan da göründüyü kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş bu qərar o dövrün sosial eybəcərliklərinə, acı ictimai-mənəvi gerçəkliklərinə, o zamankı partiya sovet təsərrüfatı elitasının volyuntarizminə özbaşınalığına, hüquqi nihilizm və inzibati amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və ağıllı müqavimət demək idi. O zaman bu qərarın SSRİ miqyasında böyük əkssədası olmuş, onun müddəalarının həyata keçirilməsi məqsədilə kompleks tədbirlər hazırlanaraq həyata keçirilmişdi. Ötən əsrin 70-80-ci illərindən respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosialiqtisadi, hüquqi və mənəvi intellektual mühit formalaşdıran ulu öndər Heydər Əliyev xalqımızın məhz bu möhkəm bünövrə üzərində azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Bu günün zirvəsindən baxdıqda, o illərdə Heydər Əliyevin xalqının hüquqlarını qoruyan, haqqı nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq sezilir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə, milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlar atmışdır. Qeyd etmək lazımdır ki, Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, onun dövlətçilik və siyasi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və bunların imkanlarından bacarıqla istifadə edib hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün varlığını Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmiş və ölkəmizin hərtərəfli tərəqqisini təmin etmişdir. Ümummilli lider 1982-ci ildən sonra SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ KP MK Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır. 1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də imza atdığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı" ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyət sükanına keçmiş, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Böyük strateqin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.  15 Konstitusiyada əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquqları ilə bağlı olması da ulu öndərimizin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz təcəssümüdür. Azərbaycanın demokratik dövlət olmasını şərtləndirən əsas meyarlardan biri də xalqın hakimiyyətin əsas mənbəyini təşkil etməsi və idarəçilik mandatının yalnız xalqa malik olmasıdır. Öz fəaliyyətində hüququ rəhbər tutmayan, əsas insan hüquq və azadlıqlarını təmin etməyən, qanunun aliliyinə söykənməyən, ictimai həyatın bütün sahələrini qanunlar əsasında idarə etməyən sistem hüquqi ola bilməz. Bu mənada, Azərbaycanda hakimiyyətin əsas mənbəyi kimi xalqı və əsas məqsədi kimi onun maraqlarının təmin edilməsini qəbul etməsi, eyni zamanda hüquqi dövlətin mövcudluğunu şərtləndirir. Respublikamızda dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Konstitusiyanın 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm də son 14 ildə ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yaxşı imkanlar açmışdır. Əsas Qanunumuzda əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü təsdiqləyir. Bu humanizmin nəticəsidir ki, respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Müqayisə üçün bildirək ki, o vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər analoji addımı hələ atmamışdılar. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması olmuşdur. 1995- 2003 - cü illər ərzində Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003 - ci illərdə 8 amnistiya haqqında qanun imzalamış, 31 mindən artıq məhkum azadlığa buraxılmış və yaxud cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə рак mənəvi dəyərlər, humanizm hissi aşılamış, ölkədə cinayətkarlığın dinamikasının azalmasını təmin etmişdir. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev "insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. insan hüquqları sahəsində proqram rolunu bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyun tarixdə isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. Ümummilli lider Heydər Əliyevin ölkədə demokratiyanın inkişafı baxımından ən böyük xidmətlərindən biri də məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsidir. Böyük öndərin 1998-ci il 1 dekabr tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə fərmanı respublikamızda yeni məhkəmə sisteminin formalaşmasına mühüm töhfə olmuşdur. Qanun ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərinin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından olduqca mühüm əhəmiyyət daşımışdır. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını16 və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu məhkəmə orqanlarının sovet dövründən miras qalmış köhnə funksiyalardan azad olmasına, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bir sözlə, ədalət məhkəmələrinin cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir. 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbulu da respublikamızda insan hüquq və azadlıqlarının etibarlı təminatına xidmət etmişdir. 2 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikasının ilk Ombudsmanı seçilmiş, 28 oktyabr 2002-ci il tarixdən insan hüquqları və azadlıqlarının bərpası istiqamətində fəaliyyətə başlamışdır. Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna xidmət edən mütərəqqi hüquqi-siyasi, hüquqi islahatları davam etdirməklə yanaşı, həm də milli maraqlara xidmət edən çevik xarici siyasət xətti yürütmüş, ölkənin milli maraq və mənafelərini daim uca tutmuşdur. Son 15 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Qlobal miqyasda aparıcı dövlətlər, o cümlədən, Qərbin demokratik dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda təsəvvür etmirlər. Heydər Əliyevin xarici siyasət doktrinası bu fəlsəfi dünyagörüşün mahiyyəti barədə real təsəvvürlərin ortaya çıxmasını şərtləndirir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf kursunu irəli sürərək bu kursun alternativsizliyini real addımlar, əməli nəticələrlə sübuta yetirməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini təmin edəcək qüdrətli varis və lider yetişdirmişdir. Ulu öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha aydın görünür. Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, sadəliyi, səmimiliyi, təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə sevgisi, nəcibliyi, ziyalılığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşmış cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət bunlar İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur. Bu səbəbdən də, İlham Əliyevin pozitiv siyasi obrazının mahiyyətini ictimai rəyin adekvat münasibətində axtarmaq lazımdır. Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə İlham Əliyevə şamil  17 etmək olar. Cənab İlham Əliyev həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsinin əsas cizgilərinə cavab verən siyasi liderdir. Prezident İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən ən başlıca məqamlardan biri də dövlət rəhbərimizin kifayət qədər təkmil siyasi təlimə ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu amilin Azərbaycan dövlətçiliyinin tarixi taleyindəki böyük rolu barədə geniş söhbət açmağa lüzum yoxdur. Həmin təlim Azərbaycanın müstəqilliyinə, dövlət müstəqilliyimizin əbədi, dönməz xarakter daşımasına təminat verir. Eyni zamanda, bu təlim dövlətin idarə edilməsi missiyasını üzərinə götürmüş şəxsdən daha məsuliyyətli və qətiyyətli olmağı tələb edir. Azərbaycan Prezidenti xarizmatik liderdir və onun mütərəqqi siyasi keyfiyyətləri vizual görüşündə tam nəzərə çarpır. Cənab İlham Əliyevin kütlələrlə ən qısa ünsiyyəti belə onun əksər siyasi keyfiyyətlərini parlaqlığı ilə əks etdirir. Danışıq tempi, nitqindəki rəvanlıq, məntiqi ardıcıllıq, soyuqqanlı reaksiya, təmkin, psixoloji sabitlik Azərbaycan Prezidentinin siyasi portretinin aydın cizgiləridir. Cənab İlham Əliyev dövlət adamı olaraq nəzəriyyəçidən daha çox praktikdir. Dövlət başçısı öz nitqlərini hər hansı nəzəriyyələr üzərində yox, artıq reallıqda öz təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir. Cənab İlham Əliyev bu biliyi heç də sırf nəzəri materiallar əsasında toplamamış, bu biliyi ona həyat təcrübəsi qazandırmışdır. Bütün məsələlərə ölçülüb-biçilmiş yanaşma tərzi Azərbaycan Prezidentinin çıxışlarmı nəzəri və təcrübi hazırlıq üzərində köklədiyini göstərir. Dövlət başçısı İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır və bu göstərici Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf sürətinə görə bütün dünyada liderə çevrilməsi faktıdır. Akademik Ramiz Mehdiyev "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsərində Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini daha dolğun və obyektiv təsvirini yaratmışdır: "Faktlardan qaçmaq olmaz və onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasətçisidir və özünün də dəfələrlə vurğuladığı kimi, hər bir azərbaycanlının Prezidenti olmaq, tarixin hələ tezliklə başa çatmayacaq mürəkkəb dövründə ölkəyə rəhbərlik etmək üçün bütün zəruri liderlik keyfiyyətlərinə malikdir. İlham Əliyevin dövlət və onun inkişafı barədə baxışları məlumdur. Onun başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünyamiqyaslı mühüm qərarlar qəbul edən sayseçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatik, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, o, fəaliyyət dairəsi məhdud olan məmur deyil, geniş baxışlara malik siyasətçidir. Azərbaycana məhz belə siyasətçi amerikalıların işgüzarlığını, britaniyalıların ehtiyatlılığını, almanların dəqiqliyini, habelə məsuliyyətliliyini, azərbaycanlıların açıqlığı, səmimiliyi və tolerantlığım özündə birləşdirən siyasətçi lazımdır". Son 15 ildə ölkəmizdə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ son prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Azərbaycanın sosialiqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin" (www.president.gov.az) deyən cənab İlham Əliyevin ulu öndərin dövlətçilik irsinə necə sadiq olduğunu bir daha nümayiş etdirir. Son 5 ilin yekunlarının təhlili deməyə əsas verir ki, dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürmüşdür. Azərbaycan Prezidentinin fəaliyyətinin təhlili göstərir ki, ötən illərdə konturları hələ böyük strateq Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa  18 layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün mövcud resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə almağa çalışır. Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz fenomenal liderlik keyfiyyətləri sayəsində respublikamızı qısa müddətdə bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin birinci prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkmişdir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və sadəliklə onların problemlərini dinləyən və həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan inamım, etimadmı daha da artırmışdır. Dövlət başçısı makroiqtisadi inkişafı təmin etməklə yanaşı, yüksək siyasi qətiyyət nümayiş etdirərək Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır. Etiraf etməliyik ki, bu problem bir çox hallarda ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneə yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır, üstəlik respublikamız Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir. Azərbaycan Prezidentinin xarici siyasət kursu müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Avropa ailəsinə inteqrasiya edən Azərbaycanda cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Bu illərdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avropa Birliyinin "Yeni Qonşuluq Siyasəti" proqramına, habelə NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş və modern ordu quruculuğunu təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır. Dövlət başçısının 2008-ci il iyunun 26-da keçirilmiş möhtəşəm hərbi paradda bəyan etdiyi kimi, bu gün Azərbaycan Ordusu regionun ən güclü, təminatlı, modern ordusudur. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Ali Baş Komandan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir. Milli Orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq maddi-texniki təminatın, döyüş əhval-ruhiyyəsinin, nizam-intizamın güclənməsinə səbəb olur. 2009-cu ildə ordu quruculuğuna dövlət büdcəsindən ayrılmış vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artaraq 2 milyard 300 milyon dollara çatmışdır. Nəzərə alsaq ki, 5 il əvvəl Silahlı Qüvvələrimizin büdcəsi cəmi 150 milyon dollar təşkil edirdi, inkişafın miqyası barədə daha əyani təsəvvür yaranar. Azərbaycan Prezidenti İlham Əliyevin 5 ilə yaxınlaşan prezidentlik fəaliyyətinə nəzər salarkən, onun Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli mənafelərinə və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətindəki səylərini xüsusi vurğulamaq lazımdır. Dövlət başçısının xarici siyasət doktrinasında bu problemin həlli öncül yeri tutur və real siyasi fəaliyyətə əsaslanır. Cənab İlham Əliyev bütün xarici səfərlərdə, görüşlərdə bu problemi ön plana çəkir, ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırır. Dövlət başçısı problemin Azərbaycanın ümdə maraqları qorunmaqla, beynəlxalq hüquq və normaları çərçivəsində sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə ediləcəyini dəfələrdə bəyan etmişdir. Nəticədə, rəsmi Bakının münaqişə ilə bağlı mövqeyinin getdikcə güclənməsi müşahidə olunur və bunu dövlət başçısı cənab İlham Əliyev hökumətin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında da razılıqla bildirmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi Azərbaycanın diplomatik sahədə əldə etdiyi nailiyyətlərdə özünü göstərir. İqtisadi cəhətdən güclü olmayan bir dövlətin xarici siyasət, o cümlədən demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı sahəsində böyük uğurlar qazanması mümkün deyil. İnamla demək olar ki, ulu  19 öndər Heydər Əliyevin əsasım qoyduğu məhkəmə-hüquq islahatları da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısı səlahiyyətlərinin icrasına başladığı ilk gündən demokratikləşməyə və insan hüquq və azadlıqlarının təminatına xidmət edən islahatların davam etdiriləcəyini vurğulamış, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirmişdir. Ötən müddətdə ölkəmizin məhkəmə- hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Dövlət başçısının təşəbbüsü ilə 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında", "Konstitusiya Məhkəməsi haqqında" yeni qanunlar qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti gücləndirilmiş, Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanılmışdır. Azərbaycanın son illər dünya enerji satışı bazarında çəkisinin və rolunun xeyli dərəcədə artması Avropa dövlətlərinin respublikamızla bu sektorda sıx əməkdaşlıq etmək marağını daha da gücləndirmişdir. Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı hazırda istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Respublikamızda uğurla həyata keçirilən enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaq, həmin bazarlar üçün alternativ mənbə yaratmaq, habelə dünya bazarına çıxışın şaxələndirilməsini təmin etməkdən ibarətdir və bu da beynəlxalq ictimaiyyətin maraqlarına tamamilə cavab verir. Cari ilin əvvəllərindən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi respublikamızın bütövlükdə Avropanı təbii qazla təminatına da geniş imkanlar açmışdır. Bir müddət əvvəl İsveçrənin Davos şəhərində keçirilmiş Ümumdünya iqtisadi Forumunun gedişi bir daha təsdiqləmişdir ki, etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün ilk növbədə qabaqcıl texnologiya əsasında alternativ enerji daşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Xaricdən enerji asılılığının azaldılması baxımından boru kəmərlərinin geosiyasi nöqteyi-nəzərdən təhlükəsiz marşrutlarla çəkilişi təmin olunmalı, habelə alternativ enerji mənbələrinin işə salınması istiqamətində ciddi addımlar atılmalıdır. Bu baxımdan Xəzər hövzəsinin qaz ehtiyatlarının nəqlində əsas ağırlığı üzərinə götürəcək "Nabukko" layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu gün inamla demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin demokratikləşdirilməsi sahəsində yeritdiyi ardıcıl siyasətə Heydər Əliyev Fondu da öz töhfəsini verir. 2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ümummilli liderin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən idealların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür. Cəmiyyətdə bir sıra mütərəqqi yeniliklərin təşəbbüskarı kimi çıxış etməklə yanaşı, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" ənənəsini də öz fəaliyyəti ilə məhz Mehriban xanım Əliyeva formalaşdırmış, bu statusda böyük ictimai rəğbət və etimad qazanmışdır. Məhz Azərbaycanın birinci xanımının timsalında bu status humanist fəaliyyətə, qayğıkeşliyə, eləcə də hansısa problemlərlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid yerinə çevrilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən bir ümumi ortaq xətt isə məhz milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Bu baxımdan Fondun həyata keçirdiyi xoşməramlı tədbirlər sırasında elm və təhsilə qayğının xüsusi yer tutması da təsadüfi olmayıb, milli-mənəvi irsin qorunması məqsədinə xidmət edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. Son illərdə məhz 20 Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, dini-irqi ayrı-seçkiliyin, savadsızlığın aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir. Azərbaycanın son beş ildə qazandığı böyük nailiyyətlər cənab İlham Əliyev klassik siyasətdən XXI yüzilliyin modern siyasətinə uğurlu keçid formulunu ilk dəfə, özü də müvəffəqiyyətlə sınaqdan çıxaran siyasətçi obrazının daşıyıcısı olaraq siyasətdə, diplomatiyada eyni dərəcədə mühafizəkar, ənənəçi və yenilikçi, liberal olmaqla, mötədil dəyərləri sintez etməyi bacarır. Prezident İlham Əliyev iti zəkası, vaxtında qərar qəbul etmək bacarığı, fəhmi, hazırlıq səviyyəsi, analitik təhlil qabiliyyəti hesabına istər fərdi qaydada, istərsə də komanda halında uğurlu fəaliyyət göstərir. Bütün bunlar tam və qəti şəkildə deməyə əsas verir ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir və onun rəhbərliyi altında ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin davam etdirilməsi tarixi zərurət, başqa sözlə desək, sosial sifarişdir.


Adil Məmmədov

Qobustan rayon İcra hakimiyyəti başçısı