İki dövlət qurumu Əli Kərimlinin saxlanılması barədə məlumat yaydı - SƏBƏBİ BİLİNDİ

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yayıb.

Sabahinfo.az-a daxil olan birgə məlumatda bildirilir ki, bu gün AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə "Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilmiş və sərbəst buraxılıb.
**

AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.
Bakupost.az xəbər verir ki, partiya sədri polis tərəfindən saxlanılıb Binəqədi rayon Polis İdarəsinə aparılmışdı. O, idarədə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
***
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli polis tərəfindən saxlanılıb.
BakuPost.az-ın xəbərinə görə, partiya sədri bu gün Müsavat Partiyasında ictimai və siyasi fəalların cərimələrinin ödənilməsi ilə bağlı keçirilən kampaniyaya qoşulmaq istəyib. O, bu məqsədlə Müsavat qərargahına gəlib. Lakin orada polislər tərəfindən saxlanılıb və Binəqədi rayol polis şöbəsinə aparılıb.
Bildirilir ki, Ə.Kərimli ilə birlikdə bir neçə partiya üzvü də saxlanılıb.