İlham Əliyev Lavrovla Qarabağ münaqişəsini müzakirə etdi

Dövlət başçısı Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovu qəbul edib.

Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur.

sabahinfo.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir: 

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında pozitiv dinamika gözləyir”.