İrəvanda müstəqil politoloq qanunsuz həbs edilidi

Ermənistanda siyasi şəhrçi Argişti Kiviryan polis tərəfindən saxlanılıb.

AzVision.azerməni mətbuatına istinadən xəbər verir ki, müstəqil politoloq İrəvan polisinin mərkəzi bölməsinə qanunsuz şəkildə aparılaraq həbs edilib.

Məlumata görə, Şimal küçəsində polislər Argişti Kiviryana yaxınlaşaraq onun üzərində soyuq silah olması barədə məlumatın daxil olduğunu bildiriblər və onun ciblərini axtarmaq istəyiblər. Lakin politoloq buna etiraz edib.

Nəticədə tərəflər arasında yaranan insident nəticəsində polislər Argişti Kviryanı qanunsuz şəkildə polis bölməsinə aparıblar. Hazırda onun barəsində heç bir məlumat verilmir.