Birhəftəlik körpə küçəyə atıldı

Qaraçuxur qəsəbəsində körpə küçəyə atılıb.

Daxili İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, qəsəbə ərazisindəki birhəftəlik uşaq polis əməkdaşları tərəfindən tapılıb. 

İyulun 4-ü saat 01 radələrində aşkarlanan oğlan körpələr evinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.