İŞİD-in 3 rəhbər şəxsi öldürüldü

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya son 1 ayda 3 İŞİD liderini məhv edib.Modern.azxəbər verir ki, bu barədə Pentaqondakı mənbələr yerli jurnalistlərə məlumat verib.

Aprelin 27-də Suriyanın Məyəddin şəhərində Türkiyə vətəndaşı Mustafa Günəş, mayın 11-də Əlcəzair vətəndaşı Əbu Asim əl-Cazəri və mayın 18-də isə İraqın El-Kaim şəhərində Xəttab əl-Ravi öldürülüb.

Bundan başqa, Pentaqon mayın 25-də Mosulda hava zərbəsi nəticəsində 100-dən artıq dinc sakinin həıak olduğunu elan etmişdi.