"Medianın inkişafı daim bizim diqqətimizdədir"-Tahir Mirkişili

Həqiqətlərin işıqlandırılmasında, ədalətin hər sahədə bərqərar olmasında, ictimai şüurun inkişaf etdirilməsində medianın rolu çox böyükdür. Müasir dövrdə hər cür informasiyanın bolluğu şəraitində bu funksiyanı sosial media, internet alətləri ilə rəqabət edərək vicdanla yerinə yetirmək böyük fədakarlıq və peşəkarlıq tələb edir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  “feysbuk” sosial şəbəkəsində şəxsi səhfəsi vasitəsi ilə KİV nümayəndələrini təbrik edib. 

T. Mirkişili qeyd edib ki, “keçən  illər ərzində mediamız cəmiyyət, dövlət və ölkə qarşısında bu vəzifələrin yerinə yetirilməsində mühüm səy göstərərərək böyük uğurlar əldə ediblər. Qalib Azərbaycanın qalib jurnalistləri olaraq qələbəmizin açdığı yeni səhifənin zənginləşdirilməsində Sizin də rolunuz böyükdür! Azərbaycan dövləti azad və vicdanlı medianın inkişafı üçün daim səy göstərmişdir. Dövlət başçısının apardığı islahatlar yaradıcı və obyektiv medianın daha da inkişafına dəstək olmuşdur.  Milli Məclis üzvləri olaraq bizim ən sıx əməkdaşlıq etdiyimiz sahələrdən biri olan medianın inkişafı daim bizim diqqətimizdədir. Sizin uğurlarınız bizi daim sevindirir! Bir daha, Sizi bayramınız münasibətilə təbrik edirəm! Sözünüz və yazınız daim iti, peşəkar və ədalətli olsun! Uğurlarınız bol olsun!”