Kəmaləddin Heydərov "İDEF -2015" beynəlxalq sərgisi ilə tanış olub

Fövqəladə hallar naziriKəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə keçirilən "İDEF-2015” adlı 12-ci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün mayın 4-5-də İstanbulda səfərdə olub.

Sabahinfo.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirib, nümayiş olunan texnika və avadanlıqlarla, habelə müxtəlif təqdimatlarla yaxından tanış olub, nazirliyin maddi-texniki bazasının daha da gücləndirilməsi üçün fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində ən müasir avadanlıqların istehsalı ilə məşğul olan bir sıra xarici şirkətlərlə danışıqlar aparıb.